Bakı. Trend:
Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xariciagentlər haqqında” qanun layihəsini dəstəkləyib.
Trend gürcü KİV-lərinəistinadən xəbər verir ki, səsvermə qanunverici orqanın saytındacanlı yayımlanıb.
“Qanunun 83 deputat lehinə, 23-ü əleyhinə səs verib”, -Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsverməninnəticələrinə yekun vurarkən bildirib.