AZ

Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini ikinci oxunuşda dəstəklədi


Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xarici agentlər” haqqında qanun layihəsini dəstəkləyib.
Yeniavaz.com
xəbər verir ki, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.
“83-ü lehinə, 23-ü əleyhinədir. Qanun layihısi ikinci oxunuşda qəbul edilib”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrinə yekun vurarkən bildirib.
Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Gürcüstan Prezidenti Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etirazına səbəb olan “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləyib. İki həftə ərzində müxalifət və vətəndaş fəalları Tbilisidə qanun layihəsinə qarşı mitinqlər keçirib. Etirazlar bəzən polislə toqquşmaya çevrilib. Hüquq-mühafizə orqanları etirazçıları saxlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
7
yeniavaz.com

5Mənbələr