AZ

Rüstəm Umerov Ukrayna müdafiə naziri vəzifəsindən gedə bilər

“Senzor” portalının baş redaktoru Yuri Butusov mənbələrə istinadən bildirib ki, Ukrayna hökuməti infrastruktur naziri Aleksandr Kubrakovu istefaya göndərməyi planlaşdırır.

Onun yerinə ölkənin Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rüstəm Umerov təyin oluna bilər. Nəşrin mənbələri belə dəyişikliklərə səbəb kimi Ukrayna prezidenti aparatının rəhbəri Andrey Ermakın apardığı təmizləmə olduğunu bildirir.

Ermakın ölkə prezidenti Volodimir Zelenski ilə birbaşa əlaqə saxlaya bilən və ofis rəhbəri ilə koordinasiya etmədən ona təsir göstərə bilən bütün siyasətçilərdən yaxa qurtarmağa çalışdığı iddia edilir: “Ermak müdafiə naziri Reznikovun (Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov) işdən çıxarılması ilə bağlı münaqişədən sonra Kubrakovu nüfuzdan salmaq üçün fəal cəhdlərə başlayıb. Kubrakov bu vəzifə üçün müraciət edib, lakin Ermak hesab edir ki, müdafiə naziri və xarici işlər nazirinin nəzarəti onun müstəsna təsir dairəsidir və oraya yalnız onun nəzarət etdiyi şəxslər təyin olunmalıdır”, – deyə Butusov Facebook-da yazıb.

“Senzor”un baş redaktorunun sözlərinə görə, hazırda USQ-nun rəhbəri Vasili Malyuk və ölkənin baş nazirinin müavini Mixail Fedorovu da gözdən salmaq üçün kampaniya aparılır. Hələlik bu məlumatla bağlı heç bir rəsmi təsdiq və ya şərh yoxdur.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
editor.az

1Mənbələr