AZ

Daha 4 qanun plenar iclasa tövsiyə edildi

Mayın 1-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.   Manset.az xəbər verir ki, komitənin sədri Tahir Rzayev müzakirəyə 4 qanun layihəsinin təqdim edildiyini bildirib və məsələlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (ikinci oxunuş) tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması müəyyən edilir. Sənəddə, habelə tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti nəzərdə tutulur. Növbəti məsələ - “Qida təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı qeyd olunub ki, təklif olunan dəyişikliklərdə alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi nəzərdən keçirilib. Bildirilib ki, sənədə təklif olunan dəyişikliklər tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin reyestrindən çıxarışın “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əlavə edilməsi, qeydiyyat şərtlərinin pozulması faktlarının vergi nəzarətinin əhatə etdiyi məsələlər kimi müəyyən edilməsi, sahibkarlıq subyektlərinin reyestrindən çıxarışın verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi, sahibkarlıq subyektlərinin qeydiyyata alınması ilə bağlı gömrük nəzarəti zamanı müvafiq reyestrdən çıxarışın yoxlanılması ilə bağlı məsələləri əhatə edir. Müzakirələrdə çıxış edən komitə üzvləri Aydın Hüseynov, Cavanşir Paşazadə, Azər Badamov, Emin Hacıyev layihələrə təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər, bəzi fikir və qeydlərini səsləndiriblər. Sonra iclasda “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi də üçüncü oxunuşda təqdim edilib. Bildirilib ki, 4 fəsil və 10 maddədən ibarət qanun layihəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətlərin tənzimlənməsi məsələləri, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsasları və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətləri müəyyən edilir.

Gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Seçilən
58
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21506
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19386
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18298
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17728
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17049
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16891
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16140
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15585
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12082
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9531
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8543
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8035
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7579
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7218
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6428
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799