AZ

Naxçıvanın bir qrup müəllimi təltif olunub -FOTO

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin bir qrup müəllimi "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunublar

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 

Təltif olunanlardan 9-u Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərinin müəllimləridir. 

Aprelin 30-da Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının müəllimlərə təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə müəllimlərə medallar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
ikisahil.az

1Mənbələr