AZ

Xaricdə təhsil alan gənclər ölkəmizə qayıdırmı?

“Bu gün Azərbaycan gənclərinin həmin xarici dövlət proqramı ilə təhsil almış gənclərin səsi dünyanın nüfuzlu, deməli, təhsil ocaqlarından, elmi müəssisələrdən, beynəlxalq qurumlardan, böyük korporasiyalardan gəlir. Əlbəttə, onlar Azərbaycanın, həm də orada intellektual, deməli, təəssübkeşləridirlər”.

Bu sözləri Hit.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib. 

O bildirib ki, xaricdə dövlət hesabına təhsil alan hər bir gənc Azərbaycan üçün çalışmalıdır: 

“Dövlət öz gəncinin oxumasına pul ayırır, onun oxumasını maliyyələşdirir və burdan o gənclər üçün bir öhdəlik əslində onların üzərinə həm də dövlətin bir öhdəliyi qoyulur. O gənclərin borcudur, gəlib bu ölkədə çalışsınlar, xidmət etsinlər. Son illər xaricdə təhsil alan gənclər ölkəmizə geri qayıdır. Onlar ölkəmizdə əmək fəaliyyətilə məşğul olmağa üstünlük verir. Bu da Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlıdır”.

Sevinc

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
hit.az

1Mənbələr