AZ

Bakı Baş Səhiyyə Mərkəzində nöqsanlar aşkarlandı - nazirlik hərəkətə keçdi

TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzində nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, tibb ocağının əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarını və göstərişlərini yerinə yetirmədiyi məlum olub.

Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibb müəssisəsi barədə İnzibati Xətalar Məcəlləsinin  539.1-1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Cavadzadənin sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə isə deyilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
iqtisadiyyat.az

1Mənbələr