AZ

“Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir”

YAP Veteranlar Şurasının və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin büstü  və Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş guşənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisadi elmləri doktoru İbad Abbasov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna yeri və rolundan bəhs edib. O bildirib ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə - həm sovetlər dönəmində, həm də müstəqillik illərində milli inkişaf istiqamətində mühüm tədbirlər həyata keçirilib.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında qeyd edib ki, Heydər Əliyev ideyaları əbədiyaşardır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu: “Ulu Öndər uzaqgörən insan idi. O, sovetlər dönəmində Azərbaycanı müstəqilliyə hazırlayırdı. C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması nəticəsində milli hərbçi kadrlarımız yetişdirildi. O dövrdə minlərlə gəncimiz keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi və onlar peşəkar mütəxəssislər kimi respublikamızın inkişafına öz töhfələrini verdilər”.

Arif Rəhimzadə qeyd edib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradan Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq inkişaf yoluna çıxardı: “Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Prezidentimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edilib. Biz xalq olaraq dövlətimizlə qürur duyuruq”.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb: “Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün müsbət keyfiyyətləri birləşdirmişdi. Heydər Əliyevin hələ sovet Azərbaycanında gördüyü işlər respublikamızın gələcək müstəqilliyinə hesablanmışdı”.

1993-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını qeyd edən Dilarə Seyidzadə söyləyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda xalqına dayaq olub. “Ulu Öndər bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Ulu Öndərin torpaq, Vətən sevgisi çox böyük idi”, - deyən YAP Veteranlar Şurasının üzvünün fikrincə, bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini dərk etmək,  həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Seçilən
37
47
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1032
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
671
Sabah 5 kəndin qazı kəsiləcək
500
Bu yol qovşağında təmir işləri aparılacaq
455
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
417
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
278
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
265
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
238
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
212
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Çingiz Mustafayevin toyudur - FOTOLAR
166
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
156
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
153
Bakıda 9 otaqlı evdə yanğın baş verib
149
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
111
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
103
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
72
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
65
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
58