AZ

Qarabağ münaqişəsində itkinlərin tapılmasına ən böyük maneəni Ermənistan yaradır...

Image

Mübariz Göyüşlü: “Beynəlxalq ədalət məhkəməsindən lazımi qərarlar ala bilməsək belə, Ermənistanın iç üzünü dünyaya göstərmək lazımdır”

“Ermənistan tərəfinin mina terorru hələ də davam edir. Əvvəl itkin düşən şəxslərin kimliyinin müəyyən edilməsinə mane olan işğal faktoru idisə, Vətən müharibəsindən sonra mina təhlükəsidir". Bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan itkin düşən şəxslərin məzar yerlərinin siyahısını Azərbaycana təqdim etmir: “İtkin düşən şəxslərin tapılmasında problemlərdən biri də Ermənistan tərəfinin məzar yerlərinin siyahısını Azərbaycana verməməsidir”.

Qeyd edək ki, bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib. Ancaq müsbət cavab verilməyib.

“İtkin düşən şəxslərin məzar yerlərinin siyahısının ölkəmizə verilməsi ilə bağlı Azərbaycan tərəfi beynəlxalq platformalarla çıxış etməlidir” 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan tərəfi nə minalanmış ərazilərin xəritəsini, nə də itkin düşən şəxslərin məzarının yerini deyir: “Bugünə qədər Ermənistan tərəfi dəqiq məlumat verməmək üçün müxtəlif vasitələrdən istifadə edir. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu problemi görməzdən gəlir. Dünya ölkələri və beynəlxalq təşkilatlar məlum məsələ ilə bağlı lazımi reaksiya vermir. Nikol Paşinyan isə yalan bəyanatlarla çıxış edir, normal şəkildə bu məsələlərin tənzimlənməsi üçün heç bir iş görmür”.

Həmsöhbətimiz hesab edir ki, itkin düşən şəxslərin məzar yerlərinin siyahısının ölkəmizə verilməsi ilə bağlı Azərbaycan tərəfi beynəlxalq platformalarla çıxış etməlidir. Ermənistana qarşı iddialar qaldırıb, tələblər irəli sürülməlidir: “Beynəlxalq ədalət məhkəməsindən lazımi qərarlar ala bilməsək belə, Ermənistanın iç üzünü dünyaya göstərmək lazımdır. Bu problem mütəmadi olaraq gündəmdə saxlanmalıdır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
baki-xeber.com

1Mənbələr