AZ

Ermənistan NATO arasında yeni anlaşma: Hərbi əməkdaşlığa başladılar

Aprelin 29-30-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, polkovnik Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun mənzil-qərargahında tərəflər arasında Müdafiə Təhsilinin İnkişafı Proqramının illik müzakirələrində iştirak edib.

Teleqraf.com xəbər verir ki, görüşdə proqram çərçivəsində Ermənistan hərbi təhsil müəssisələri və təlim mərkəzlərinə göstərilən dəstəyin nəticələri müzakirə olunub və yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Tərəflər 2024-cü il üçün əməkdaşlıq proqramını razılaşdırıb və 2025-ci il üçün əməkdaşlıq perspektivlərini müəyyən ediblər.

Görüş çərçivəsində Artur Yeroyan NATO-nun Beynəlxalq Hərbi Qərargahının təhlükəsizlik üzrə əməkdaşlıq üzrə direktoru general-leytenant Daçan Tiberiu Şerbanla təkbətək görüşüb.

Ermənistan-NATO hərbi əməkdaşlığının cari proqramları və bunların genişləndirilməsi imkanları müzakirə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
teleqraf.com

1Mənbələr