AZ

Qırğızıstanda "Ölməz alay"dan imtina etdilər

...Qırğızıstanda “Ölməz alay”ın yürüşü ləğv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin press-relizində deyilir.

Qərarın təhlükəsizlik məqsədi ilə verildiyi qeyd edilir. Məlumata görə, asayişin pozulması və insanların sıx toplaşdığı yerlərdə cinayətlərin törədilməsi risklərinin aradan qaldırılması üçün tədbirlərin görülməsi nəzərdə tutulub. Tədbirin onlayn olub-olmayacağı məlum deyil.

Xatırladaq ki, “Ölməz alay”ın yürüşü Qırğızıstanda 2014-cü ildən keçirilirdi.

Tədbir yalnız bir dəfə - 2020-ci ildə - koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
sia.az

1Mənbələr