AZ

YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb -FOTO

 Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Sarayevo küçəsi 38 C ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın keçdiyi şərəfli yoldan, yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən, cəmiyyətin avanqard qüvvəsi kimi artan nüfuzundan geniş bəhs edib. Bildirib ki, tarixi Zəfərə imza atan qalib Azərbaycanın hər biri uğurunda öz payı olan YAP  2021-ci ildə keçirilən VII qurultayında qəbul etdiyi  yeni qərarlarla  gələcək fəaliyyətinin yol xəritəsini təqdim etdi. Yeni tərkibin formalaşması, yeni Nizamnamənin qəbulu, dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq  müasir dövrün tələblərini özündə əks etdirən, “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramın hazırlanması və  təsdiqlənməsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. YAP-ın nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu xüsusi qeyd edən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

YAP Xətai rayon təşkilatının sədri  vurğulayıb ki, ötən il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə ölkəmizin həyatında yeni dövr başladı. Bu  dövrün  başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident  seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi son 20 ilin uğurlarına verilən dəyərin, həmçinin Yeni Azərbaycan Partiyasına inamın  və etimadın göstərici oldu. Sözlə əməl birliyi, tutduğu yola sadiqlik Yeni Azərbaycan Partiyasının monolitliyini daha da  möhkəmləndirir. Dahi şəxsiyyət Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi  YAP 1992-ci ildə fəaliyyətə “Yeni müstəqil Azərbaycan uğrunda!” şüarı ilə başlayaraq şərəfli yol keçdi və bu gün “Qalib xalqın qalib Lideri” söyləyir, bu birlik  əsasında yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərir.

Vüqar Rəhimzadə  qeyd edib ki, 16 mindən artıq üzvü sıralarında birləşdirən  YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatları sırasına mütəmadi surətdə yenilərinin  əlavə olunması  partiya  üzvlərinin sayının günbəgün artmasının təsdiqidir.  YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov YAP-ın keçdiyi şərəfli yoldan və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıb. Bildirib ki, tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi yolun bələdçisi olmaqla yanaşı, uğurlarımıza verdiyi töhfələri ilə diqqətdədir. Heydər Əliyev yolu Azərbaycanı, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasını daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunan uğurların zirvəsidir.

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ona göstərilən etimadı dorultduğunu bildiriblər.

Sonda təşkilatı məsələyə baxılıb. Rəvanə Bağırova yeni yaradılan Sarayevo küçəsi 38 C ünvanı üzrə  ərazi partiya təşkilatının sədri, Sədaqət İsmayılova sədr müavini seçiliblər.

Seçilən
65
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
905
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
594
Bu yol qovşağında təmir işləri aparılacaq
394
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
370
Sabah 5 kəndin qazı kəsiləcək
359
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
224
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
220
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
171
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
137
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
124
Bakıda 9 otaqlı evdə yanğın baş verib
122
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
98
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
93
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
67
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
44