AZ

YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb (FOTO)

Bakı. Trend:

Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının Sarayevo küçəsi 38 C ünvanı üzrə yeni ərazi partiyatəşkilatı yaradılıb.

Trend xəbər verir ki,tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri VüqarRəhimzadə partiyanın keçdiyi şərəfli yoldan, yeni-yeni hədəflərədoğru inamla irəliləməsindən, cəmiyyətin avanqard qüvvəsi kimiartan nüfuzundan geniş bəhs edib. Bildirib ki, tarixi Zəfərə imzaatan qalib Azərbaycanın hər biri uğurunda öz payı olan YAP 2021-ciildə keçirilən VII qurultayında qəbul etdiyi yeni qərarlarlagələcək fəaliyyətinin yol xəritəsini təqdim etdi. Yeni tərkibinformalaşması, yeni Nizamnamənin qəbulu, dövlət başçısı, YAP Sədriİlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün tələbləriniözündə əks etdirən, “Biz birlikdə güclüyük!” devizi altında yeniProqramın hazırlanması və təsdiqlənməsi qarşıya qoyulan hədəflərəyüksək səviyyədə nail olmağa stimul verir. YAP-ın nəinkiAzərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatıolduğunu xüsusi qeyd edən Yeni Azərbaycan Partiyasının Sədri,Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, partiya bundansonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ötən il ərazibütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə ölkəmizinhəyatında yeni dövr başladı. Bu dövrün başlanğıcı kimidəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərində cənabİlham Əliyevin inamlı qələbəsi son 20 ilin uğurlarına veriləndəyərin, həmçinin Yeni Azərbaycan Partiyasına inamın və etimadıngöstərici oldu. Sözlə əməl birliyi, tutduğu yola sadiqlik YeniAzərbaycan Partiyasının monolitliyini daha da möhkəmləndirir. Dahişəxsiyyət Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyasıkimi dəyərləndirdiyi YAP 1992-ci ildə fəaliyyətə “Yeni müstəqilAzərbaycan uğrunda!” şüarı ilə başlayaraq şərəfli yol keçdi və bugün “Qalib xalqın qalib Lideri” söyləyir, bu birlik əsasında yenihədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə səygöstərir.

Vüqar Rəhimzadə qeyd edib ki, 16 mindən artıq üzvü sıralarındabirləşdirən YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarısırasına mütəmadi surətdə yenilərinin əlavə olunması partiyaüzvlərinin sayının günbəgün artmasının təsdiqidir.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiyatəşkilatına fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi ƏləddinCabbarov YAP-ın keçdiyi şərəfli yoldan və yeni ərazi partiyatəşkilatının yaranmasının əhəmiyyətindən danışıb. Bildirib ki,tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən YeniAzərbaycan Partiyası ölkəmizin keçdiyi yolun bələdçisi olmaqlayanaşı, uğurlarımıza verdiyi töhfələri ilə diqqətdədir. HeydərƏliyev yolu Azərbaycanı, yaradıcısı olduğu Yeni AzərbaycanPartiyasını daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunanuğurların zirvəsidir.

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığıgündən ona göstərilən etimadı dorultduğunu bildiriblər.

Sonda təşkilatı məsələyə baxılıb. Rəvanə Bağırova yeni yaradılanSarayevo küçəsi 38 C ünvanı üzrə ərazi partiya təşkilatının sədri,Sədaqət İsmayılova sədr müavini seçiliblər.

YAP
YAP
YAP
YAP
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
az.trend.az

2Mənbələr