AZ

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq

Anatoli

Bakı, 1 may, AZƏRTAC

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox əhəmiyyətlidir. Tədbir sülhün təşviqini təbliğ edir, bu, çox dəyərlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə söyləyib.

Belarusda müxtəlif xalqlar arasında qarşılıqlı hörmətin mövcud olduğunu vurğulayan nazir deyib: “Biz mədəni abidələrimizin qorunmasına xüsusi diqqət göstəririk. Onları gələcək nəsillərə çatdırırıq. Ölkəmizdə yaşayan istənilən millətin nümayəndəsi bizim ölkənin vətəndaşıdır”.

O bildirib ki, hazırda dünyada yeganə dəyər var, bu da sülhdür. Hər bir insan bunun üçün məsuliyyət daşıyır. Beynəlxalq təşkilatlar xalqlar arasında əməkdaşlıq üçün olduqca əhəmiyyətlidir. Biz bu yolla yeni dostlar qazanırıq. “Biz Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq”, - deyə nazir qeyd edib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
azertag.az

2Mənbələr