AZ

Ələ keçirilən texnikanın sərgisi keçirildi

Moskvada ələ keçirilən texnikanın sərgisi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəzi Muzeyinin baş elmi işçisi Andrey Lyubçikovun sözlərinə görə , sərgidə ümumilikdə ələ keçirilən texnikanın 32 nümunəsi nümayiş etdirilir.

Bildirilib ki, onların əhəmiyyətli bir hissəsi NATO üzvü olan ölkələrin silahlarıdır .

Mütəxəssis onu da aydınlaşdırıb ki, toplanmış “eksponatların” ümumi dəyəri bir neçə milyard dollardır.

Xüsusilə, ziyarətçilərin müvafiq olaraq Alman və Amerika Leopard 2 və Abrams tanklarına baxmaq imkanı var.

Həmçinin, döyüş meydanından Moskvaya zədələnmiş Britaniyanın “Mastiff” zirehli maşını və İsveçin CV90 piyada döyüş maşını gətirilib.

Onlarla yanaşı, Ukraynaya məxsus T-72 və T-64 tankları, eləcə də bir çox başqa növ texnika da meydançaya yerləşdirilib.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
bakivaxti.az

1Mənbələr