AZ

Ərdoğan CHP sədri ilə görüşəcək – Görüşün vaxtı bəlli oldu

Türkiyə mətbuatında yayılan məlumata görə, mayın 2-də Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Türkiyə prezidenti və hakim Ədalət və İnkişaf Partiyanın (AK Partiya) lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Yenicag.az xəbər verir ki, tərəflər ölkənin həm daxili, həm də xarici məsələlərlə bağlı bir sıra müzakirələr aparacaq.

Yerli mətbuatının iddiasına görə müzakirə mövzularına pensiyaların məbləği, yerli özünüidarə orqanlarının yığılmış borcları, təyin olunmamış müəllimlər, Gəzi parkı nümayişləri ilə bağlı açılan məhkəmə işi (2013), 1 May – Əmək və Həmrəylik Gününün qeyd olunmasına qadağa, “Türkiyə İşçi Partiyası” (TİP) üzvü Can Atalanın mandatdan məhrum edilməsi prosesi, Konstitusiyaya dəyişikliklər və ölkənin xarici siyasəti ilə bağlı məsələlər daxil olacaq.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl cümə axşamı yerli vaxtla saat 16.00-da Ədalət və AK Partiyanın mənzil-qərargahında görüşəcəklər.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
yenicag.az

1Mənbələr