AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar keçirilib: 41 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarkeçirilib, 41 nəfər saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya"X" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, "Bozdoğan-34" əməliyyatları ölkənin 12vilayətində həyata keçirilib.

Keçirilən əməliyyatlar çərçivəsində Bolu, Eskişehir, İstanbul,Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Qaziantep, Şanlıurfa,Düzcə və Manisada ümumilikdə 41 İŞİD üzvü saxlanılıb.

Əməliyyatlar nəticəsində sənədsiz tapançalar, çoxlu saydarəqəmsal materiallar, eləcə də külli miqdarda xarici valyuta vətürk lirəsi ələ keçirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
az.trend.az

1Mənbələr