AZ

Dövlət ötən il 3 mindən çox insana ev verib – Daha çox bu şəxslər mənzil aldı

2023-cü ildə Azərbaycan dövləti 3 068 nəfəri yaşayış sahəsi ilə təmin edib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, mənzillərin çoxu məcburi köçkünlərə ayrılıb. 


Məcburi köçkünlərə bir ildə verilən mənzillərin sayı 1 508 ədəd olub. Dövlətdən mənzil alanlar sıralamasında ikinci yerdə müharibə əlilləri, üçüncü yerdə şahid ailələri qərarlaşıb. 


İl ərzində müharibə əlillərinə 861 ədəd, şəhid ailələrinə 540 ədəd mənzil verilib. Bunlardan başqa Çernobıl AES-də əlil olan şəxslərə 56 ədəd, ümumi səbəbdən əlil olan uşaqların ailələrinə 55 ədəd, ehtiyata buraxılan hərbi qulluqçulara 25 ədəd, 20 Yanvar hadisələrində xəsarət alanlara və şəhid olanların ailəsinə 4 ədəd, çoxuşaqlı ailələrə 2 ədəd, digərlərinə isə 17 ədəd mənzil verilib. 


Mənzil alan şəxslərin ailə üzvlərinin sayı ümumilikdə 11 600 nəfərdir. 


Vasif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
sfera.az

1Mənbələr