AZ

Britaniyalı Formula 1 pilotu Landa Norris qəza keçirib

Britaniyalı Formula 1 pilotu Landa Norris qəza keçirib. SİA xəbər verir ki, Landa Niderlandın paytaxtı Amsterdamda keçirilən "Kral günü" bayramına qatılıb. 24 yaşlı sürücü şənliyin dadını çıxararkən qəza keçirib. Nəticədə Norris burnunu ciddi yaralayıb.

Onun üzü qan içində olub. İnternetdə yayımlanan şəkillərdə göründüyü kimi idmançının burnu sarğı ilə bağlanmalı olub.

Lando Norris sonuncu Çin Qran Prisində böyük uğur qazanıb. "MakLaren" sürücüsü bazar günü baş tutan yarışı ikinci pillədə başa vurub.

Növbəti mərhələ mayın 5-də Mayamidə baş tutacaq. Norrisin qəzaya rəğmən yarışda iştirak edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
sia.az

1Mənbələr