AZ

ABŞ polisi professoruXƏSTƏXANALIQ ETDİ

ABŞ-da universitet etirazları zamanı polisin zorakılığına məruz qalan professorun xəstəxanada olduğu bildirilib.

Bu barədə “İki sahil” "Anadolu"ya istinadla xəbər verir.

Aprelin 27-də Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində baş verən etirazlarda iştirak edən tarix professoru Stiv Tamarinin polisin ona qarşı zor tətbiq etməsindən sonra xəstəxanada olduğu bildirilib.

 “Newsweek”in xəbərinə görə, “ResistWashU” aktivist qrupunun keçirdiyi mətbuat konfransında Tamarinin məktubu oxunub.

Tamari məktubda saxlanarkən polisin ona tətbiq etdiyi “sərt müdaxiləyə” toxunaraq bildirib:

"Polis vəhşiliyi nəticəsində hazırda çoxsaylı qabırğam və əlim sınmış vəziyyətdə xəstəxanadayam. Son 7 aydır ki, Fələstindəki xalqımın ABŞ bombaları ilə qətlə yetirilməsini ağrı ilə izləyirəm. Soyqırımı dayandırmaq və tələbələrə dəstək olmaq üçün 27 aprel şənbə günü tələbələrin başçılıq etdiyi etirazlarda i.tirak etdim."

Professorun həyat yoldaşı Sandra Tamari isə aprelin 29-da X sosial media platformasında professorun saxlanma görüntülərini paylaşaraq "Şənbə günü baş verən hər şey sənədləşdirilib və onu görmək istəyənlərə açıqdır" yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
ikisahil.az

1Mənbələr