AZ

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar

Bakı. Trend:

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləricinayət məsuliyyətinə cəlb edilib

Trend xəbər verir ki, bu barədə, Baş Prokurorluq və SəhiyyəNazirliyinin birgə məlumat yayıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalininsağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarınıntəmin olunması və etibarlı müdafiəsi, sanitariya-gigiyenaxarakterli tədbirlərin icrası zamanı yol verilən qanunsuzluqlarınaşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yolverən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadiolaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyatakeçirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsitərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindəAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin RespublikaSanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoruSaleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriyaşöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası CinayətMəcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadanəlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal vədaxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması vədigər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri qurumamüraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pulvəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyənedilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digərünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədvə başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və TahirVəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağırnəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaqorqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı iləev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündəqətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə bütün qanunazidd hallar tam və hərtərəfliaraşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsiistiqamətində zəruri istintaq-əməliyyaAt tədbirləri davametdirilir.

Seçilən
8
49
Mənbələr
Şərh ()
Bağla