Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
qafqazinfo.azVəzifəli şəxslər cinayət başında yaxalanıblar - VİDEO ( 6002671)
-
nocomment.azAzərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR – FOTO ( 5978158)
-
interpress.azRespublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib ( 5977741)
-
demokrat.azRespublika Sanitariya-Karantin Mərkəzinin 3 vəzifəli şəxsi rüşvət alarkən tutuldu — VİDEO ( 5976115)
-
nuhcixan.azRespublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib ( 5975668)
-
yenisabah.az3 vəzifəli şəxs həbs olundu - ƏMƏLİYYAT VİDEOSU ( 5975650)
-
aztibb.azRespublika Sanitariya-Karantin Mərkəzində əməliyyat: 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib ( 5975341)
-
baku.wsAzərbaycanda vəzifəli şəxslərin cinayət başında saxlanılma anı - VİDEO ( 5974978)
-
sia.azÜç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib ( 5974837)
-
hit.azVəzifəli şəxslər cinayət başında tutulub - VİDEO ( 5974954)