AZ

Bürünc medalçı: Yarış mənim üçün gərgin və maraqlı keçdi

Suqovuşan, 1 may, AZƏRTAC

"Yarış mənim üçün gərgin və maraqlı keçdi".

AZƏRTAC xəbər verir ki, bu sözləri avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının Suqovuşan mərhələsində 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda bürünc medal qazanan Azərbaycan təmsilçisi Amil Ramazanov deyib.

O, birinci yeri tuta bilməməsinin səbəbini rəqiblərinin çox güclü olması ilə əlaqələndirib: "2006-2007-ci il təvəllüdlü idmançılar arasında mübarizə apardım. Rəqiblərim güclü idi. Təəssüf ki, birinci ola bilmədim".

İdmançı bu yarışda iştirak etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Turnirin gələcək illərdə də təşkili ölkəmizdə avarçəkmənin inkişafına müsbət təsir edəcək".

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
azertag.az

1Mənbələr