AZ

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Ölkəmizə

Bakı, 1 may, AZƏRTAC

Fiziki şəxs İsrafilov Asif Loğman oğlunun Suriyadan ölkəmizə idxal etdiyi "Alpharabi for Veterinary Medicine & Agricultural İndustries" firmasının istehsalı olan 8846 müxtəlif adda baytarlıq preparatlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nümunələr götürərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan sınaq nəticəsinə əsasən nümunələrdə baytarlıq preparatlarının PH göstəricisi, təsiredici maddəsi və qeydiyyatına dair normativ texniki sənədlərində uyğunsuzluqlar aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan baytarlıq preparatlarının məhv edilməsi barədə Agentlik tərəfindən müvafiq qərar qəbul olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
azertag.az

1Mənbələr