AZ

Azərbaycan çox əhəmiyyətli irsə malikdir - Malta nümayəndəsi

20 il ərzində Azərbaycanda böyük fərqlərin şahidi oldum və siz bunun üçün qürurlanmalısınız. Azərbaycan çox əhəmiyyətli irsə malikdir. Sizdəki milli və mədəni irsin böyüklüyü məni həmişə valeh edib. SİA xəbər verir ki, bunu UNESCO üzrə Malta Respublikasının Milli Komissiyasının sədri Reymond Bondin mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan Nazirlərin 5-ci görüşündə deyib.

O qeyd edib ki, ötən illər ərzində ölkədə böyük işlər görülüb. Malta nümayəndəsi əlavə edib ki, bəzən məqsədlər unudulur.

"Bizim məqsədimiz sülh içində yaşamaqdan ibarətdir. Fərqlərimiz bizi daha da güclü etməlidir. Əlimizdən gələni etməliyik ki, Azərbaycanın irsi layiq olduğu qiyməti görsün. UNESCO-nun dünya irs siyasəti ilə bağlı vacib işlər gedir, bəşəriyyətin tarixində vacib rol oynayan bəzi irs nümunələri UNESCO irsi siyahısına daxil edilməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
sia.az

2Mənbələr