AZ

“Məlikməməd nağıl danışmır, konkret olaraq Nəcməddin Sadıkovun həbsi üçün əsaslı ifadə verir”

 

“Məlikməmməd Qurbanov Məlikməməd nağılını danışmır, konkret olaraq Nəcməddin Sadıkovun həbsi üçün əsaslı ifadə verir. Yəqin ki, müvafiq orqanlar bu ifadəni diqqətdən kənar saxlamazlar, çox güman ki, artıq bu istiqamətdə işlər aparılıb. Nəcməddin Sadıkov elə postda olduğu günlərdə də onun həbsinə əsas verən xeyli məlumatlar, ifadələr vardı” – bu sözləri Musavat.com-a “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib. 

Natiq Ələsgərov bildirib ki, ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  Müdafiə Nazirliyində (MN) bir-birinin ardınca həyata keçirdiyi həbslərdən sonra bəlli oldu ki, ordudan nə az, nə çox 143 milyon manat oğurlanıb: “Əlbəttə ki, büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi. Bilinirdi ki, burada yuxarı vəzifədə olanlardan kimlərinsə əli var. Belə bir miqyaslı mənimsəmənin illərlə davam etməsi bu istiqamətdə sistemli iş aparılmasından xəbər verirdi. Məlikməmməd Qurbanov ad çəkməklə bu günə qədər Nəcməddin Sadıkov barəsində olan ehtimalların əsaslı olduğunu təsdiqlədi. Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Bu adam Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar vardı, Məlikməmməd Qurbanov da cinayəti etiraf etməklə onun konkret adını çəkdi. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər”

Müdafiə Nazirliyində 143 milyon manatlıq yeyintiyə dair cinayət işində ortaya çıxan əsas korrupsiya üsullarından biri tenderlərdə qalib elan edilən şirkətlərin hesabına artıq vəsait köçürülməsi və həmin pulların sonradan geri alınmasıdır. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi general Nizami Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəməsində məlum olub ki, belə işbirliyi nəticəsində 20 milyon manat civarında pul qaytarılıb. Bu məqamı nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş polkovnik Məlikməmməd Qurbanov dilə gətirib. General Nizami Məmmədov isə digər üç nəfərlə birlikdə mühakimə edilir. Bunlar Hərbi Hava Qüvvələri maliyyə xidmətinin keçmiş rəisi Cəlal Kazımov, Hərbi Dəniz Qüvvələri maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə və Quru Qoşunları maliyyə xidmətinin rəisi olmuş Bayram Bayramovdur. İstər Məlikməmməd Qurbanov, istərsə nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev onların məhkəməsində şahid kimi dindirilib. Amma bu polkovniklərin özləri də Müdafiə Nazirliyi sistemindəki 143 milyon manatlıq yeyintiyə görə həbsdədirlər. Daha sonra bu iş ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. İndi onların da ayrı-ayrılıqda məhkəmələri gedir. Polkovnik Məlikməmməd Qurbanov məhkəmədə deyib ki, Satınalmalar və Təchizat İdarəsinin rəisi olsa da, tenderlərdə hansı şirkətlərin qalib elan edilməsi, kimlərlə əməkdaşlığı məsələsində özü qərar verməyib: "Polkovnik qeyd edib ki, Nəciməddin Sadıkovun tapşırığı ilə Nizami Məmmədova iki dəfəyə pul verib: "Nəciməddin Sadıkov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də həmin pulları Nizami Məmmədova çatdırmışam. Bu pulun Nizami Məmmədova nə üçün verildiyini bilməmişəm. Çünki bu barədə heç bir söz soruşmamışam, söhbətimiz də olmayıb. Mən Baş Qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, bunu da Baş Qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı Baş qərargah rəisinə məruzə etmişəm. Baş Qərargah rəisi də məni çağıraraq deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim olub”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20242
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19177
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17550
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16375
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16163
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15994
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15302
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11813
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11222
"Zaur, yenə çaşdın..." - VİDEO
8810
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8170
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7937
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7760
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7380
Minimum əmək haqqı nə qədər arta bilər?
7022
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6918
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6185
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5711