AZ

“Məlikməməd nağıl danışmır, konkret olaraq Nəcməddin Sadıkovun həbsi üçün əsaslı ifadə verir”

“Məlikməmməd Qurbanov Məlikməməd nağılını danışmır, konkret olaraq Nəcməddin Sadıkovun həbsi üçün əsaslı ifadə verir. Yəqin ki, müvafiq orqanlar bu ifadəni diqqətdən kənar saxlamazlar, çox güman ki, artıq bu istiqamətdə işlər aparılıb. Nəcməddin Sadıkov elə postda olduğu günlərdə də onun həbsinə əsas verən xeyli məlumatlar, ifadələr vardı” – bu sözləri Musavat.com-a “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib. 

Natiq Ələsgərov bildirib ki, ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  Müdafiə Nazirliyində (MN) bir-birinin ardınca həyata keçirdiyi həbslərdən sonra bəlli oldu ki, ordudan nə az, nə çox 143 milyon manat oğurlanıb: “Əlbəttə ki, büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi. Bilinirdi ki, burada yuxarı vəzifədə olanlardan kimlərinsə əli var. Belə bir miqyaslı mənimsəmənin illərlə davam etməsi bu istiqamətdə sistemli iş aparılmasından xəbər verirdi. Məlikməmməd Qurbanov ad çəkməklə bu günə qədər Nəcməddin Sadıkov barəsində olan ehtimalların əsaslı olduğunu təsdiqlədi. Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Bu adam Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar vardı, Məlikməmməd Qurbanov da cinayəti etiraf etməklə onun konkret adını çəkdi. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
demokrat.az

2Mənbələr