AZ

“Frank Şvabe kimilərin açıqlaması Almaniyanın mövqeyini əks etdirmir” -

“Almaniyalı deputat Frank Şvabe dəfələrlə Azərbaycana qarşı kin küdrətlə dolu açıqlamalar verən şəxs kimi yadda qalıb. Onun səsləndirdiyi açıqlamalar həm də ermənilərin sifarişlərini yerinə yetirən, dırnaqarası siyasətçi kimi tanınmasından irəli gəlir”. Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O bildirib ki, Bundestaq üzvünün açıqlamaları Almaniya dövlətinin mövqeyi demək deyil: “Yenə də ikili standartlar davam edir. Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdıb qayıtmaması tək Frank Şvabın qərarından asılı deyil. Bildiyiniz kimi, bu məsələ bağlı bir neçə dövlət müraciət edib.Onlar bu fikirlərini Azərbaycanın regionda lider dövlət olması ilə əsaslandırdılar. Şvab da başa düşür ki, tək onun verdiyi açıqlamalarla bu işlər həll olunurmur. Onun yüksək səviyyədə və faktlara əsaslanmış cavabını da Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Düşünürəm ki, bundan sonra Şvabın təmsil etdiyi partiya, Almaniya dövləti də onun haqqında müəyyən ölçülər götürə bilər”. Prezident İlham Əliyevin Almaniyaya son işgüzar səfərinin yekunları barədə danışan millət vəkili vurğulayıb ki, Almaniya da Azərbaycanın enerji təhlükəsizliyi təhdidinin qarşısını alan dövlət kimi dəstəkləyir: “Fransa və digər dövlətlərin sifarişini yerinə yetirən Şvab kimilər də başa düşməlidir ki, dövlətlər arasında olan münasibət ümumi maraqlardan doğaraq inkişaf edir. Bu kimi açıqlamalar regionda sülhün bərqərar olmasına xidmət etmir, əksinə, təxribat xarakteri güdür. Biz dəfələrlə demişik ki, Azərbaycan dövlətinin və onun parlamentinin nümayəndələrinin AŞPA-da təmsil olunması birmənalı şəkildə müsbət haldır. Azərbaycanın xarici və daxili siyasəti müstəqildir. Biz daha böyük konfliktləri, münaqişələri belə vasitəçi olmadan həll edirik. Təbii ki, bu da Şvab kimi düşünənlərin xoşuna gələ bilməz”,- deyə Arzu Nağıyev qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19709
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19057
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18119
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17412
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16020
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15923
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15748
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11679
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7466
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7380
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7298
Minimum əmək haqqı nə qədər arta bilər?
6998
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6822
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5687