AZ

“Şvabenin açıqlaması Almaniyanın mövqeyini əks etdirmir” -

“Almaniyalı deputat Frank Şvabe dəfələrlə Azərbaycana qarşı kin küdrətlə dolu açıqlamalar verən şəxs kimi yadda qalıb. Onun səsləndirdiyi açıqlamalar həm də ermənilərin sifarişlərini yerinə yetirən, dırnaqarası siyasətçi kimi tanınmasından irəli gəlir”. Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O bildirib ki, Bundestaq üzvünün açıqlamaları Almaniya dövlətinin mövqeyi demək deyil: “Yenə də ikili standartlar davam edir. Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdıb qayıtmaması tək Frank Şvabenin qərarından asılı deyil. Bildiyiniz kimi, bu məsələ ilə bağlı bir neçə dövlət müraciət edib. Onlar bu fikirlərini Azərbaycanın regionda lider dövlət olması ilə əsaslandırdılar. Şvabe də da başa düşür ki, tək onun verdiyi açıqlamalarla bu işlər həll olunmur. Onun yüksək səviyyədə və faktlara əsaslanmış cavabını da Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Düşünürəm ki, bundan sonra Şvabenin təmsil etdiyi partiya, Almaniya dövləti də onun haqqında müəyyən ölçülər götürə bilər”. Prezident İlham Əliyevin Almaniyaya son işgüzar səfərinin yekunları barədə danışan millət vəkili vurğulayıb ki, Almaniya da Azərbaycanın enerji təhlükəsizliyi təhdidinin qarşısını alan dövlət kimi dəstəkləyir: “Fransa və digər dövlətlərin sifarişini yerinə yetirən Şvabe kimilər də başa düşməlidir ki, dövlətlər arasında olan münasibət ümumi maraqlardan doğaraq inkişaf edir. Bu kimi açıqlamalar regionda sülhün bərqərar olmasına xidmət etmir, əksinə, təxribat xarakteri güdür. Biz dəfələrlə demişik ki, Azərbaycan dövlətinin və onun parlamentinin nümayəndələrinin AŞPA-da təmsil olunması birmənalı şəkildə müsbət haldır. Azərbaycanın xarici və daxili siyasəti müstəqildir. Biz daha böyük konfliktləri, münaqişələri belə vasitəçi olmadan həll edirik. Təbii ki, bu da Şvabe kimi düşünənlərin xoşuna gələ bilməz”.

Gülbəniz Hüseynli / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
metbuat.az

2Mənbələr