AZ

Möhtəşəm plan: Şuşanın “işğal günü” bu hadisə...

Xəbər verdiyimiz kimi, Şuşaya Prezident İlham Əliyevin tapşırığı əsasında tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq.
BUTA.TV xəbər verir ki, artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşatma yolu ilə müəyyən edilib. Sosial şəbəkələrdə yayılan iddiaya görə, ilk qayıdış 8 may tarixində gerçəkləşdiriləcək. Qeyd edək ki, 8 may 1992-ci ildə Şuşa işğal edilib və tam 28,5 il işğal altında qalıb. Azərbaycanın baş tacı olan Şuşa 2020-ci il 8 noyabrda Ordumuzun qeyri-adi əməliyyatı nəticəsində işğaldan azad edilib.

Əgər ilk köç 8 mayda reallaşarsa, onda tariximizdə qara ləkə olan 8 may işğal tarixi Şuşaya Qayıdış Tarixinə çevriləcək!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
buta.tv

2Mənbələr