AZ

Fuad Nəcəfli Naxçıvanda voleybolun inkişafı ilə maraqlanıb

Muxtar respublikada voleybol idman növünün elmi əsaslarla kompleks inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. 

News24.az bildirir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli aprel ayının 30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Voleybol Federasiyası tərəfindən təşkil olunan məşqləri izləyib, yeni dönəmdə bu idman növünün inkişafı istiqamətində görülən işlərlə maraqlanıb.

Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev məlumat verib ki, ötən ilin sentyabr ayında yenidən təşkil olunan federasiya tərəfindən Naxçıvan və Şərur şəhərlərində peşəkar voleybol məşqləri təşkil olunur. Naxçıvan şəhərində 45 oğlan 65 qız, Şərurda isə 29 oğlan, 51 qız olmaqla 200 nəfərə yaxın yeniyetmə voleybolun sirlərini öyrənir. Məşqlərə əsasən 2009-2014-cü il təvəllüdlü, boy, çəki və digər kriteriyaları voleybol idman növü ilə peşəkar şəkildə məşğul olmağa imkan verən uşaq və yeniyetmələr cəlb olunub. Məşqlər tanınmış iranlı mütəxəssis, baş məşqçi Səməd Əkbərinin rəhbərliyi ilə aparılır. Əlavə olaraq, federasiya tərəfindən 5 nəfər məşqçi-müəllim işlə təmin olunub. İdmançılarımızın vahid elektron bazası formalaşdırılıb. Eyni zamanda şəhər və rayonların Uşaq-Gənclər İdman məktəblərində yüzlərlə uşaq və yeniyetmələrə voleybol məşqləri keçirilir. Naxçıvan Voleybol Federasiyası Uşaq-Gənclər İdman məktəblərində voleybol məşqlərinin keçirilməsinə top, tor və zəruri idman ləvazimatları sarıdan dəstək göstərir. Məşqlərin vahid  proqram əsasında təşkili, məşqçi-müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Mart ayında 3 oğlan, 12 qız idmançımız Azərbaycan Voleybol Federasiyası tərəfindən Bakı şəhərində milli komandaların tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan təlim-məşq toplanışlarında iştirak edib. Onlarla perspektivli idmançımız müxtəlif yaş qrupları üzrə Azərbaycan seçmə komandalarının tərkibinə düşməyə namizədlər sırasında göstərilir. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinin diqqət və dəstəyi ilə bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. 

Voleybol Federasiyasının prezidenti kişilərdən ibarət “Naxçıvan” və qadınlardan ibarət “Möminə xatun” voleybol idman klublarının yaradılması və fəaliyyəti istiqamətində işlərin görüldüyünü vurğulayaraq qeyd edib ki, Naxçıvanın kişilərdən ibarət komandasının yeni mövsümdə yüksək liqa Azərbaycan çempionatında iştirakı nəzərdə tutulur. 6-10 may tarixlərində isə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönmünə həsr olunmuş yeniyetmə qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika birinciliyi keçiriləcəkdir. 

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli məşqçi-müəllimlər və idmançlarla görüşüb, öz tövsiyyələrini verib. Vurğulanıb ki, dövlətimiz tərəfindən Naxçıvanda voleybol idman növünün inkişafı və potensialın üzə çıxarılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir. 

Sonda xatirə şəkli çəkdirilib.



Seçilən
16
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20613
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18188
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17604
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16527
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16353
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15374
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11870
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11243
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8523
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7965
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7964
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7082
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6226
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731