AZ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

İtaliyanın şəhəri Milanda gecə yarısından sonra dondurma və qəlyanaltıların satışı qadağan oluna bilər.

 

Sfera.az bildirir ki, bu barədə yeni qanun layihəsi hazırlayır. Şəhərin yerli hökuməti tərəfindən irəli sürülən təşəbbüs qəbul olunarsa, gələn ay qüvvəyə minəcək.

 

Noyabr ayına qədər davam edəcək olan yeni qanun gecə saatlarında dondurma satışını məhdudlaşdıracaq. Təklifdə həmçinin, iş günləri saat 12:30-dan sonra, həftə sonları və bayram günlərində isə gecə saat 1:30-dan sonra pizza və içkilər də daxil olmaqla bütün yeməklərin qadağan edilməsi tələb olunur.

 

Buna səbəb isə səs-küylü qrupların küçələri doldurmasının və yerli sakinləri oyaq saxlamasının qarşısını almaqdır.

 

Məlumata görə, qadağa Milanın 12 rayonunda, o cümlədən Brera və Ticinese kimi mərkəzi ərazilərdə, həmçinin Darsena, Lazzaretto, Corso Como və Arco della Pace, Navigli kimi bölgələrdə tətbiq olunacaq.

 

Keçən ay bələdiyyə sədri Cüzeppe Sala əhalinin əhəmiyyətli bir hissəsinin həddindən artıq səs-küydən şikayətləndiyini bildirmişdi.

 

Qeyd edək ki, bu ilk belə hal deyil. Yəni, 2013-cü ildə də Milanda gecə saatlarında dondurma satışının qadağan edilməsi istiqamətində cəhdlər olub. Lakin irəli sürülən təşəbbüs uğursuz nəticələnib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
sfera.az

1Mənbələr