AZ

Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib

Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda beyin ölümündən sonra donor olmaq istəyənlər var, amma say azdır: "Koordinasiya Mərkəzi fəaliyyət göstərdikdən sonra ölkədə cəmi iki beyin ölümü hadisəsi gerçəkləşib. Xəstənin yaxınları ilə görüşülüb və heç biri köçürülmə üçün razılıq verməyib".

Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2022-ci il qərarı ilə Azərbaycanda Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
ikisahil.az

1Mənbələr