AZ

Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır

Muxtar

Bakı, 1 may, AZƏRTAC

Bu il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində fəaliyyətə yönələcəkdir. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, olduqca qürurverici olan COP29-un Azərbaycanda keçirilməsi qərarı həm də ölkəmizin yaşıl gələcək ilə bağlı hədəflərinin məntiqi davamıdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyəri təsdiq edir.

"Bu il COP29-dan gözləntilər çoxdur. İqlim maliyyəsi COP29-un əsas mövzusudur. COP29 çərçivəsində qlobal iqlim gündəliyində olan iqlim maliyyəsi üzrə razılaşmağa gəlinməsi, iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi barədə müxtəlif ölkələr, təşkilatlar, akademik dairələr, qeyri-hökumət təşkilatları ilə intensiv danışıqlar aparılır. COP29-n uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəaliyyət həyata keçirilir", - deyə M.Babayev qeyd edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
12
azertag.az

10Mənbələr

Şərh ()
Bağla