AZ

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib.

OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb.

Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub.

"Almaniyada və sairə belə bir söhbət edən yoxdur (şəhər-rayon), çünki orada sizin kimi mənasız söhbət edən "mədəniyyət xadimləri" yoxdur", "Buna növbə mədəniyyəti deyirlər", "Tarixə baxın görün rayonlardan nə qədər yüksək mədəniyyətli, intellektli, elmimizi, mədəniyyətimizi, incəsənətimizi irəli aparan insanlarımız çıxıb" kimi şərhlər Bəhramın postunun şərh bölümünü "bəzəyib".

O, isə yazılanlara reaksiya verməyib. Bəzi izləyicilər isə Bağırzadənin hər dəfə qəsdən bu mövzuya "ilişdiyini", bununla gündəmə gəlmək istədiyini iddia edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
6
Mənbələr
Şərh ()
Bağla