AZ

Vətəndaşların sığorta şirkətlərinə inamı NİYƏ YOXDUR? - AÇIQLAMA

Vətəndaşların sığorta şirkətlərinə inamı NİYƏ YOXDUR? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün vətəndaşlar əmlaklarını və avtomobillərini sığortalamaqdan boyun qaçırırlar. Son baş verən yanğınlardan sonra görüldü ki, sığorta şirkətləri bir sıra daşınan əmlakları sığortalamaqda maraqlı deyil. Bəs bunun səbəbi nə ilə bağlıdır? Vətəndaşlar arasında sığorta şirkətlərinə inam niyə yoxdur?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyib ki, sığorta ilə bağlı hər il statistikada problem yoxdur. Görünən odur ki, ilk dəfə bu il sığorta yığımları 1 milyardı keçib:

"Bu onu deməyə əsas verir ki, sığortaya olan inam ildən-ilə artır. Lakin bunu fərdi qayda da, xüsusiləşmiş formada göstərsək görərik ki, həyat sığortaları bunların arasında daha çoxdur. Burada vətəndaşlar daha çox könüllü həyat sığortası etməyə üstünlük verir. Ona görə də sığorta haqları bununla daha çox artır".

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası yaxud könüllü avtomobil sığortaları ilə bağlı məsələ mübahisəli məqamdır. Vətəndaşlar bu yöndə sığortaya demək olar ki, inamları çox azdır:

"Bunu sığorta yığımlarıda göstərir ki, daşınmaz əmlakın könüllü və avtomobillərin könüllü sığortasında yığımlar daha azdır. Biz baxsaq daşınmaz əmlakın sığortası ilə bağlı icbari növlərdə adətən bu məsələdə sığorta ödənişləridə daha az olub. Ona görə də birinci növbədə baxmalıyıq ki, sığorta ödənişləri vətəndaşlar üçün asanlaşdırılmalıdır. Maarifləndirici tədbirlər daha çox olmalıdır ki, vətəndaşlar bu məsələlər ilə bağlı məlumatlı olsunlar".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla