AZ

Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmaq prioritetlər sırasındadır - NAZİR

Azərbaycan hazırda dünyanın prioritet kimi qəbul etdiyi “yaşıl keçid”in əsas iştirakçılarından biridir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda keçirilən iclasda deyib.

“Bu prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir. Eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kənd təsərrüfatı sahəsi böyük əhəmiyyət kəsb edir.

Seçilən
12
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20536
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19227
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18184
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17595
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16503
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16290
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15351
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11861
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11242
"Zaur, yenə çaşdın..." - VİDEO
8821
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8447
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7959
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7916
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7050
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6219
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731