AZ

Bəşəriyyət üzləşdiyi çağırışların həll yolunu tapmalıdı - Liviyalı nazir

Bakı. Trend:

Dünya hazırda mübarizə dövründədir. Bu beynəlxalq sülh vətəhlükəsizliyə öz təsirini göstərir.

Trend xəbər verir ki, bu barədə Liviyanın mədəniyyət naziriMabrouka Toghi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində keçirilən “Müxtəliflik harmoniyası: qlobal mədəniintibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusundakeçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

“Bəşəriyyət üzləşdiyi çağırışların həll yolunu tapmalıdır. Bizmədəniyyətlər arası dialoqa və anlaşmaya təşviq etməliyik”,- deyə obildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
az.trend.az

2Mənbələr