AZ

Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
 
Məlumata əsasən azad olunan ərazilərdə ötən ay ərzində 141 tank əleyhinə mina, 191 piyada əleyhinə mina, 2502 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
 
Həmçinin 6038.9 hektar ərazi minalardan təmizlənib.
 
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
16
moderator.az

10Mənbələr