AZ

Mənzil Fonduna daxil olan mənzillər mənimsənilir? - AÇIQLAMA

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli hazırda Dövlət Mənzil Fondunda nə qədər mənzil olması barədə rəqəmin açıqlanmaması məsələsinə aydınlıq gətirib. 

 

Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, tikinti şirkətləri Dövlət Mənzil Fonduna müəyyən qədər ayrımlar edirlər: 

“Bu rəqəm 5%-ə yaxın, 5-dən yuxarı və ya aşağı da ola bilər. Bu, adətən şəhid ailələrinin, həssas qrupa aid olanların problemlərinin həlli üçün zəruridir. Məlumatıma görə, həmin mənzillər İqtisadiyyat Nazirliyi tərəfindən verilən sərəncama əsasən, vergidən azad olunurlar. Belə olan halda, faiz barədə konkret məlumat olmadığına görə mühakimə yürüdə bilmirəm ki, ayrılan mənzillərdən hansı qeydiyyatda olur, nə qədəri mənimsənilir və s. Çünki bunun qanunvericilik yolu ilə tənzimlənməsi barədə məlumata rast gəlmədim. Müvafiq idarələr suallara aydınlıq gətirsələr, yaxşı olar”. 

 

Aytəkin Qardaşova 

Tarix: 1 May 2024, 15:11   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
pravda.az

1Mənbələr