AZ

Brüssel gürcü nümayişçilərə qarşı güc tətbiqini pisləyib

Avropa İttifaqı paytaxt Tbilisinin Rustaveli prospektində “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyasının dağıdılması zamanı baş verən zorakılığı pisləyib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell quruma namizəd statusuna malik olan ölkəni sərbəst toplaşmaq hüququnu təmin etməyə çağırıb.

“Mən Gürcüstanda “xarici təsir aktı”na dinc etiraz edən nümayişçilərə qarşı zorakılığı qətiyyətlə pisləyirəm. Gürcüstan Avropa İttifaqına namizəd statusuna malik ölkədir, mən hakimiyyəti dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram. Etirazları yatırmaq üçün gücdən istifadə yolverilməzdir”, – o, bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi isə bildirib ki, aksiya zorakılıq xarakteri daşıyıb və qanuna uyğun olaraq nümayişçilərə qarşı proporsional güc tətbiq edilib.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
48
konkret.az

10Mənbələr

Şərh ()
Bağla