AZ

ABŞ-ı tələbə etirazları bürüyüb -FOTO

ABŞ-ın müxtəlif ştatlarında prezident seçkiləri ərəfəsində tələbələrin etirazları ölkənin milli birliyinə təhlükə yaradır.

“İki sahil” CNN-ə istinadla xəbər verir ki,  aprelin 30-da polis Kolumbiya Universitetinin kampusunu Fələstin tərəfdarı nümayişçilərindən təmizləmək üçün Nyu Yorkda əməliyyat keçirməyə məcbur olub. Bundan sonra gərginlik daha da artıb. Həmçinin 21 ştatda ən azı 25 kampusda toqquşmalar olub.

Kanal xatırladır ki, etirazlar İsrailin hərbi əməliyyat keçirdiyi Qəzza zolağında mülki itkilərə bağlıdır.

İndi bu etirazlar ölkədəki ideoloji parçalanmanı və yeni siyasi cərəyanları ortaya çıxarır.  CNN hesab edir ki, bu vəziyyət Trampın məhkəməsi ilə əlaqədar artıq gərginlik yaşayan ölkədə vəziyyəti daha da pisləşdirəcək. Etirazlar davam edərsə, seçki mövsümü gərgin olacaq.

Kaliforniya Universitetinin kampusunda da toqquşmalar baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla