AZ

Devid Bednar: Azərbaycan multikultural və tolerant ölkə kimi nümunə göstərir

Azərbaycanın qədim dinlərarası ənənələri var və o, multikultural ölkə kimi nümunə göstərir. Bakı Beynəlxalq Multikultralizm Məktəbinin səmərəli fəaliyyəti ürəkaçandır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan Dini liderlərin Bakı görüşündə İsa Məsih Sonuncu gün Kilsəsinin 12 həvarilər kvorumunun üzvü, ağsaqqal Devid Bednar səsləndirib.

Azərbaycanın multikultural və tolerantlıq dəyərlərinin əhəmiyyətindən danışan D.Bednar son 20 ildə 100-dən çox ölkəyə səfər etdiyini və müxtəlif mədəniyyətlərə malik insanların ortaq dəyərlərinin olduğunu dəqiqləşdirdiyini diqqətə çatdırıb.

“Sülhün bərqərar edilməsi, mədəni müxtəlifliyin qorunması baxımından sülhə, konstruktiv dialoqa ehtiyacımız var. Allaha sevgisi olanlar mütləq xilas olacaqlar.

Bizim kilsənin 17 milyon üzvü var. 2023-cü ildə kilsəmiz humanitar məqsədlər üçün bir milyard dollardan çox vəsait sərf edib. Bu vəsaitdən Türkiyəyə zəlzələ üçün və Azərbaycana mina ilə mübarizə məqsədilə kömək göstərilib.

Biz bir araya gəlməliyik və burada din bizim köməyimizə çata bilər. Bizim kilsə bütün dinlər arasında harmoniyanı alqışlayır. Kilsəmizdə müsəlman alimlərin fəaliyyətinə də geniş yer verilib”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla