AZ

Azərbaycanda hər zaman müxtəlif din və ənənələrə sahib insanlar sülh içərisində yaşayıb - Nazir

Bakı. Trend:

Azərbaycanda hər zaman müxtəlif din və ənənələrə sahib insanlarsülh içərisində yaşayıb.

Trend xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil KərimliVI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsindəkeçirilən “ Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminəmədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda keçirilənNazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

“Mədəni və dini fərqlər ortaya çıxdığı zaman bu mövzuda dövlətolaraq balanslı siyasət yürütməyə çalışırıq”,- deyə nazirbildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuöz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla