AZ

Qazaxda Ümummilli Liderlə bağlı silsilə tədbirlər davam edir - FOTOLAR

YAP Qazax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş növbəti tədbir Daş Salahlı 2 saylı tam orta məktəb ərazi partiya təşkilatında keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Tədbiri giriş sözü ilə Daş Salahlı 2 saylı tam orta məktəb ərazi partiyatəşkilatının sədri Rəna Bayramova açıb.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərəkÜmummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqilAzərbaycanın keçdiyi keşməkeşli və uğurlu inkişaf yolundan, Ulu Öndərin şərəfli və mənalı həyatından, onun misilsiz xidmətlərindən, əsası Dahi Rəhbərimiz tərəfindən qoyulan siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən ətraflı danışdı. Rayon təşkilatının sədri Ulu Öndərin ilahi arzularının Möhtərəm Prezidentimizin rəhbərliyi altında günbəgün həyata keçdiyini də xüsusi vurğulayıb.

Tədbirdə Daş Salahlı 2 saylı tam orta məktəbin müəllimi, partiya üzvü Akif İbrahimov, Qətibə Kazımova, Maya Pirməmmədova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən, şərəfli və mənalı həyat yolundan ətraflı danışıblar.

Tədbirin sonunda şagirdlər Ümummilli Liderə həsr olunmuş şeirlər söylədilər və müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
sia.az

2Mənbələr