AZ

Naxçıvanda jurnalistlərin sosial problemlərinin həllinə dəstək olacaq - Yeni sədrdən AÇIQLAMA

2023-cü ilin dekabr ayında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilib. Ötən gün isə Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin (MEDİA) Naxçıvan Regional İdarəsi yaradılıb. İdarəyə sədr olaraq Bakı Dövlət Universitetinin dosenti Vəfa Aslan (İsgəndərova) təyin edilib.

 

Vəfa Aslan Modern.az-a açıqlamasında Naxçıvanda görəcəyi işlərdən danışıb.

 

O, dünən bəzi media subyektləri ilə görüş keçirildiyini bildirib.

 

"Baxçıvandakı media orqanları ilə əlaqələrim var. Biz dünən də təqdimat zamanı bəzi media subyektlərində olduq və mövcud vəziyyətlə tanış olduq. Eyni zamanda Bakıda fəaliyyət göstərən əsas media orqanları, televiziya kanalları ilə görüşdük. Təxminən 10-dan çox media subyektləri rəhbərləri və nümayəndələri ilə görüşdük. Onların problemlərini, mövcud durumlarını təhlil etmək üçün fikirlərini dinlədik. Düşünürəm ki, Naxçıvan media mühiti inkişaf edən temp üzrə gedir. Həmin media subyektlərində çalışan jurnalistlərlə görüşdə biz onların həvəsini, yeni tendensiyalara uyğunlaşma istəklərini gördük", - Vəfa Aslan deyib.

 

O qeyd edib ki, Naxçıvanda Media İnkişafı Agentliyinin Regional İdarəsinin yaradılması Naxçıvan media mühitinin inkişafına böyük töhfə verəcək.

 

"Media İnkişaf Agentliyi media subyektlərinə və jurnalistlərə bir çox layihələr, qanunların tətbiqi,etik normalara riayət olunması, təlim, seminar və müsabiqələrlə dəstək olur. Naxçıvan media subyektləri müəyyən qədər bu məsələlərdən kənarda qalmışdılar. Hesab edirəm ki, Media İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsinin yaradılması məhz Naxçıvan media mühitinin Azərbaycan media mühitinə inteqrasiyasına böyük təsir göstərəcək", - yeni sədr əlavə edib.

 

Vəfa Aslan Naxçıvanda hansı prioritet işlərin görüləcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Prioritet olaraq Media İnkişaf Agentliyinin tətbiq etdiyi qanunlarla bağlı məsələləri, onların reyesterdən keçirilməsin, həmçinin jurnalistlərin sosial problemlərinin həllinə dəstək olacaq, bundan başqa layihə, seminar və tədbirlər həyata keçirəcəyik",

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21778
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19461
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18323
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17793
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17235
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17109
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16220
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15641
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12163
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11311
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9777
"Zaur, yenə çaşdın..." - VİDEO
8896
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8688
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8076
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7652
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7275
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6470
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5829