EN

Naxçıvanda jurnalistlərin sosial problemlərinin həllinə dəstək olacaq - Yeni sədrdən AÇIQLAMA

2023-cü ilin dekabr ayında “Naxçıvan Muxtar Respublikasının Medianın Ä°nkiÅŸafı Agentliyi” publik hüquqi ÅŸÉ™xsi ləğv edilib. ÖtÉ™n gün isÉ™ AzÉ™rbaycan Respublikası Medianın Ä°nkiÅŸaf Agentliyinin (MEDÄ°A) Naxçıvan Regional Ä°darÉ™si yaradılıb. Ä°darÉ™yÉ™ sÉ™dr olaraq Bakı DövlÉ™t Universitetinin dosenti VÉ™fa Aslan (Ä°sgÉ™ndÉ™rova) tÉ™yin edilib.

 

VÉ™fa Aslan Modern.az-a açıqlamasında Naxçıvanda görÉ™cÉ™yi iÅŸlÉ™rdÉ™n danışıb.

 

O, dünən bəzi media subyektləri ilə görüş keçirildiyini bildirib.

 

"Baxçıvandakı media orqanları ilə əlaqələrim var. Biz dünən də təqdimat zamanı bəzi media subyektlərində olduq və mövcud vəziyyətlə tanış olduq. Eyni zamanda Bakıda fəaliyyət göstərən əsas media orqanları, televiziya kanalları ilə görüşdük. Təxminən 10-dan çox media subyektləri rəhbərləri və nümayəndələri ilə görüşdük. Onların problemlərini, mövcud durumlarını təhlil etmək üçün fikirlərini dinlədik. Düşünürəm ki, Naxçıvan media mühiti inkişaf edən temp üzrə gedir. Həmin media subyektlərində çalışan jurnalistlərlə görüşdə biz onların həvəsini, yeni tendensiyalara uyğunlaşma istəklərini gördük", - Vəfa Aslan deyib.

 

O qeyd edib ki, Naxçıvanda Media İnkişafı Agentliyinin Regional İdarəsinin yaradılması Naxçıvan media mühitinin inkişafına böyük töhfə verəcək.

 

"Media İnkişaf Agentliyi media subyektlərinə və jurnalistlərə bir çox layihələr, qanunların tətbiqi,etik normalara riayət olunması, təlim, seminar və müsabiqələrlə dəstək olur. Naxçıvan media subyektləri müəyyən qədər bu məsələlərdən kənarda qalmışdılar. Hesab edirəm ki, Media İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsinin yaradılması məhz Naxçıvan media mühitinin Azərbaycan media mühitinə inteqrasiyasına böyük təsir göstərəcək", - yeni sədr əlavə edib.

 

Vəfa Aslan Naxçıvanda hansı prioritet işlərin görüləcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Prioritet olaraq Media İnkişaf Agentliyinin tətbiq etdiyi qanunlarla bağlı məsələləri, onların reyesterdən keçirilməsin, həmçinin jurnalistlərin sosial problemlərinin həllinə dəstək olacaq, bundan başqa layihə, seminar və tədbirlər həyata keçirəcəyik",

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
1
modern.az

2Sources