AZ

Forbes: “Tısbağa-tanklar” vəhşi görünsə də effektlidir

“Business Insider” nəşrinin analitiki diqqəti Rusiya ordusunun Şimal Hərbi Dairəsi zonasında metal konstruksiya ilə qorunan “tısbağa tanklar”dan aktiv istifadəsinə yönəldib. Müəlliflər qeyd ediblər ki, qeyri-adi və hətta gülünc görünüşünə baxmayaraq, bu maşınlar pilotsuz uçuş aparatları, artilleriya və tank əleyhinə raketlərə qarşı effektivliyini sübut edib.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

Nəşr aprelin əvvəlindən sosial şəbəkələrdə aktiv şəkildə yayılmağa başlayan bu tankların rus hərbi müxbirlərinin “Çar-barbekü” adlandırdığı videoları haqqında da məlumat verir. Xarici Siyasət Araşdırmaları İnstitutundan Rob Li qeyd edib ki, ilk belə tanklar hərbi əməliyyatların aktiv şəkildə aparıldığı Krasnoqorovka ərazisində peyda olub. O, ehtimal edib ki, bu cür maşınlar kassetli sursatlara effektiv müqavimət göstərə bilər və minalardan təmizləmədə istifadə oluna bilər. Li hesab edir ki, tənqidlərə baxmayaraq, belə adaptasiya əsaslı ola bilər.

Forbes-ə görə, ukraynalı dron operatorlar döyüş meydanında elektron döyüş sistemləri ilə gücləndirilmiş “tısbağa tanklar” ilə qarşılaşdıqda heyrətləniblər. Hərbi analitik Metyu Moss bu texnikanı digər tankları mina tarlalarından keçirən mühəndis maşını ilə müqayisə edib.

Avstraliya ordusunun istefada olan generalı Mik Rayan “tısbağa tanklar”ın görünməsini Ukraynada “uyğunlaşma döyüşündə” ən qeyri-adi məqamlardan biri adlandırıb. Bununla belə o, hesab edir ki, bu tanklardan istifadə etməklə istənilən taktiki üstünlük çox güman ki, müvəqqəti xarakter daşıyır.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
herbiand.az

1Mənbələr