AZ

"Dünya gələcək nəsillər üçün yeni prinsipə keçməlidir"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ, eləcə də digər ölkələrdə qübtləşmə və etimad çatışmazlığı müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

Efendus Henderson "Yumşaq qüvvə" prinsipini önə çəkib:

"Biz parçalanmanı deyil, anlamağı, başa düşməyi təbliğ etməliyik. Hərbi arsenalı və iqtisadi qüvvəsi ilə deyil, bəşəriyyət öz təsiri və yumşaq qüvvəsi ilə qürrələnməlidir. "Yumşaq qüvvə" dinc, firavan nəsillər üçün əsasdır. Və biz bu prinsipi forumboyu çox müzakirə edəcəyik".

Qeyd edək ki, 1-3 may tarixlərində keçiriləcək forumda on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.


Müəllif: Nərmin Muradova
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla