AZ

“Birbank” niyə çöküb? - Rəsmi açıqlama

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ötən gün “Kapital Bank”a aid “Birbank” tətbiqinin fəaliyyətində nasazlıq yaranması müştərilər arasında narazılığa səbəb olub. 

“Birbank” tətbiqində tez-tez təkrarlanan bu kimi hallar sosial mediada  bankın müştərilərinin etirazı ilə qarşılanıb. 

Yenisabah.az xəbər verir ki, bank yaranan problemlə bağlı açıqlama yayıb. Onlar yaranan problemin texniki olduğunu bildiriblər:

"Dəyərli Birbanklılar, tətbiqimizin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bu gün sonunadək nağd kredit və taksit kartları üzrə ödənişlərinizi aşağıdakı alternativ ödəniş mənbələrində edə bilərsiniz:

 m10 tətbiqi;

 İstənilən ödəniş terminalı;

 Onlayn ödəniş saytları". Hazırda texniki komandamız çətinliyi aradan qaldırmaq üçün çalışır. Anlayışınız üçün təşəkkürümüzü bildiririk”.


Telegram kanalımız
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla